Biznes

Məşhur şirkətin Serbiya ilə Rusiyanın bayraqlarını səhv salması - QALMAQALA SƏBƏB OLUB

Məşhur şirkətin Serbiya ilə Rusiyanın bayraqlarını səhv salması - QALMAQALA SƏBƏB OLUB | FED.az
08:26 15 Noy 2019

Rusiya millisi “Avro-2020”nin növbəti oyununa çıxmaqdan imtina edib. Buna səbəb “Adidas” firmasının buraxdığı yeni formalardakı Rusiya bayrağını Serbiya bayrağı ilə səhv salmasıdır.

FED.az xəbər verir ki, məsələ ilə bağlı “Adidas” firması Rusiya Futbol Federasiyasından üzr istəyib. Milli üçün buraxılan yeni formaların qolundakı Rusiya gerbi rəng düzülüşünə görə Serbiya bayrağının rənglərinə uyğundur. Hazırda Rusiya millisi Belçika və San-Marino ilə oyuna çıxmayacağını bildirib.

Eləcə də bax: Türkiyədə qış geyimləri - KƏSKİN BAHALAŞIB

Formaların qolunda Rusiya bayrağına uyğun olaraq ağ, göy və qırmızı rənglərin sıralamasının yerinə Serbiya bayrağının rəngləri - qırmızı, göy, ağ təsvir olunub. Köynəklər satışa buraxılmasına baxmayaraq, “Adidas”a yeni formaların buraxılması üçün təlimat verilib.

Azərtac

Digər xəbərlər