Biznes

Məşhur şirkət - İFLAS ETDİ

Məşhur şirkət - İFLAS ETDİ | FED.az
11:10 23 May 2020

Avtomobillərin icarəsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan «Hertz» korrnavirus pandemiyasının növbəti qurbanı olub.

Eləcə də bax: Şirkətlərin iflas, insanların işsizlik təhlükəsi – NƏ ETMƏLİYİK? - STATUS

FED.az xəbər verir ki, iqtisadi böhran dövründə böyük çətinliklərlə üzləşən şirkət müflisləşdiyini elan edib.

«Hertz Global Holdings» bu gün elan edib ki, baş ofis və onun ABŞ və Kanadadakı törəmə şirkətləri könüllü şəkildə müflisləşmə və yenidən təşkil olunma barədə müraciət ediblər.

Koronavirusa görə, şirkətin bronları və gəlirləri kəskin azalıb. İflas və yenidən təşkil olunma isə daha dayanıqlı maliyyə strukturu qurmağa imkan verəcək. Hələlik isə «Hertz»in bütün ofisləri açıqdır və müştərilərə xidmət göstərirlər.

Digər xəbərlər