Banner

Biznes

Nazirlik 250-520 manat maaşlar ilə 200-dən çox - İŞÇİ AXTARIR

Nazirlik 250-520 manat maaşlar ilə 200-dən çox - İŞÇİ AXTARIR | FED.az
09:31 6 Sen 2019

Kənd Təsərrüfatı Nazirliyi 200-dən çox vakant yer üzrə işə qəbul elan edib

FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Eləcə də bax: Minimum «maaş oyunu» bitdi? – 250 manatı hər işçiyə vermək - MÜMKÜN OLMAYACAQ

Elana əsasən, nazirlik tərəfindən aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçular vakant yerlər üzrə işə qəbul ediləcəklər.

Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

Digər xəbərlər

Banner