Biznes

"Nurgün Qrup" Koronavirusla Mübarizəyə ianə ayırdı - MƏBLƏĞ

"Nurgün Qrup" Koronavirusla Mübarizəyə ianə ayırdı - MƏBLƏĞ | FED.az
17:06 22 Mart 2020

"Nurgün Şirkətlər Qrupu" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürülüb. 

Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb - SİYAHI, MƏBLƏĞLƏR - YENİLƏNİB

FED.az xəbər verir ki, "Nurgün Qrup-un rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.

Digər xəbərlər