Biznes

"KOB İnkişaf Fondlarında yerli maliyyə institutlarının dəstəyinə - EHTİYAC OLACAQ"

"KOB İnkişaf Fondlarında yerli maliyyə institutlarının dəstəyinə  - EHTİYAC OLACAQ" | FED.az
13:10 14 Noy 2019

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) srtukturuna daxil olan və hazırda yaradılmaqda olan KOB İnkişaf Fondları, eyni zamanda sahibkarların alternativ maliyyə mənbələrindən faydalanmaları istiqamətində fəaliyyət göstərəcək.

FED.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq" mövzusunda forumda çıxışı zamanı bildirib.

Eləcə də bax: "KOB-ların əsas çətinlikləri maliyyə resurslarına çıxışları ilə - BAĞLIDIR"

Onun sözlərinə görə, KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. Təbii ki, bu mexanizmin reallaşdırılması üçün yerli maliyyə institutlarının da dəstəyinə ehtiyac olacaqdır".

Report

Digər xəbərlər