Biznes

“Öyrən! Başla! və TƏTBİQ ET!”

“Öyrən! Başla! və TƏTBİQ ET!” | FED.az
12:20 2 Noy 2019

Sosial sahibkarlığın təşviqinə yönəlmiş yeni layihə başlayır

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Education HUB” təhsil şirkəti qadınlar arasında sosial sahibkarlığın təşviqinə yönəlmiş “Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihəyə başlayır.  

Eləcə də bax: Ölkədəki fərdi sahibkarların sayı - AÇIQLANDI

 Layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək. Bu 3 rayondan 18-28 yaşlarında 25 işsiz xanım seçilərək təlimlərə cəlb ediləcək. 4 həftəlik təlimdə xanımlara sosial sahibkarlıq, biznes-planın hazırlanması, rəqəmsal marketinq, liderliyin artırılması və şəxsi inkişaf sahələri tədris ediləcək.

Daha sonra təlimləri uğurla başa vuran 10 nəfər seçiləcək. Onların  Bakıya və Tbilisiyə təcrübə mübadiləsi səfərləri, sahibkarlar, işəgötürənlər və startupçılarla görüşləri təşkil ediləcək. Birgə sosial sahibkarlıq platformasının yaradılması məsələsi müzakirə ediləcək. Proqram iştirakçıları 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak etmək imkanı da qazanacaqlar.

Qeyd edək ki, layihədə iştirak ödənişsizdir. Proqramda iştirak etmək istəyənlər Quba, Qusar və Xaçmaz rayonu məşğulluq mərkəzlərinə müraciət edə, yaxud da aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLScT9xT9Xmd1LdEu3Pf8YtSIm8bD5m-AnWTsCc81WUCJmIeaUg/viewform?fbclid=IwAR1h7Ux4m99uc8UGLAq1_J0Bf7TLr004Fpw-L-D3mZRk32OnH_uL1vVISNQ

Digər xəbərlər

Banner