Biznes

«Park Bulvar», «28 Mall»ı keçdi – BAKININ MƏŞHUR AVM-LƏRİ – SİYAHI

«Park Bulvar», «28 Mall»ı keçdi – BAKININ MƏŞHUR AVM-LƏRİ – SİYAHI | FED.az
12:09 4 Noy 2019

Bakının ən populyar ticarət və əyləncə mərkəzləri məlum olub.

FED.az xəbər verir ki, bu “Business Insight International Research Group”un  “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.

Eləcə də bax: Şirkətlər Qrupunun Yaşıl Ticarət Mərkəzi

Sorğuda iştirak edən 1109 nəfərin yarıdan çoxu ticarət və əyləncə mərkəzlərinə getmədiyini bildirib. Bunlar əsasən regiondan olan sakinlərdir. Sorğuya əsasən, ən populyar ticarət və əyləncə mərkəzi «Gənclik Mall»dır (rəyi soruşulanların 22,2%-i). Araşdırmanın nəticələri göstərir ki, «Gənclik Mall»ı ən çox ortadan yuxarı seqment – nisbətən imkanlı təbəqə seçir.

Maraqlıdır ki, «Park Bulvar» və «28 Mall»ın seqmentləri də eyniləşməyə doğru gedir, yəni hər iki TƏM-in ziyarətçiləri orta seqmentdir. Sorğu nətiələri göstərir ki, ilk dördlükdə qərarlaşan AVM-lər arasında ortadan ən aşağı seqment məhz Megafun-a üstünlük verir. Bununla yanaşı, sorğu «Park Bulvar»ın ziyarətçilərinin «28 Mall»ı keçdiyini göstərib.

Yeri gəlmişkən, Bakının riteyl bazarı iştirakçıları FED.az-a bildirib ki, ilin soyuq dövrlərində «28 Mall»ın müştəriləri artır. Qış aylarında mənzərə mövzusu aktual olmadığından və soyuq hava bulvarda daha çox hiss olunduğundan ziyarətçilər mərkəzdəki AVM-lərə daha çox üstünlük verirlər.  

Regionlarda yaşayan əhali isə təbii olaraq rayonlarda fəaliyyətdə olan AVM-lərə (17,6%) getdiklərini bildirib.

Digər xəbərlər