Banner

Biznes

“PASHA Holding” ölkənin ən böyük özəl aqrar şirkətinə - Əlavə Sərmayə Yatırdı

“PASHA Holding” ölkənin ən böyük özəl aqrar şirkətinə - Əlavə Sərmayə Yatırdı | FED.az
13:05 4 Mart 2021

“PASHA Holding”ə məxsus olan və ölkənin ən böyük kapitallı özəl aqrar şirkətinə yenidən sərmayə qoyulub.

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Agro Food Investments” MMC-nin nizamnamə kapitalı 20.05 milyon manat, yaxud 13.3 faiz artırılıb.

Eləcə də bax: Azərbaycanda 4 yeni holdinq - Təsis Edildi

“Agro Food Investments” kənd təsərrüfatının strateji sahələri sayılan südçülük fermaları, zeytun, badam bağları, tingçilik, qarğıdaklı emalı, açıq tarla əkini (şəkər çuğunduru, arpa, qarğıdalı, soya və s), soyuq hava deposu və meyva çeşidləmə, logistika və digər kənd təsərrüfatı və qida istehsalı sahələr üzrə işlərini həyata keçirir.

Beləliklə, aqrar şirkətin nizamnamə kapitalı 170.17 milyon manata (tam ifadədə: 170 169 500 manat) qədər artırılmışdır.

“Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib.

Hazırda şirkətin Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələri olmaqla müxtəlif rayonlarda 3 200 hektardan çox torpaqları vardır.

Şirkət haqqında bəhs edərkən bildirir ki, kənd təsərrüfatı sahəsinə keyfiyyət və məhsuldarlığa əsaslanan inam və etimad mühiti formalaşdırmaq, qida və digər gündəlik istehlak məhsullarının daxili bazar tələbini qarşılamaq və ixrac potensialını inkişaf etdirmək missiyasını daşıyır.

Banner
Banner

Digər xəbərlər