Banner

Biznes

Polis Mingəçevirdə karantini pozan - Hazırlıq Mərkəzi Tapıb

Polis Mingəçevirdə karantini pozan - Hazırlıq Mərkəzi Tapıb | FED.az
15:00 24 Yan 2021

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.

Fevralın 1-dən repetitorluq fəaliyyətinə - İcazə Veriləcək

DİN-in Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.

N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Banner

Digər xəbərlər