Biznes

Qlobal bazarlarda bitki yağı - QİYMƏTLƏRİ QALXIR

Qlobal bazarlarda bitki yağı - QİYMƏTLƏRİ QALXIR | FED.az
08:17 4 Okt 2019

Qlobal ərzaq (qida) qiymətləri sentyabrda aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə 3,3 faiz yüksəlib.

FED.az xəbər ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki mənşəli yağ, süd məhsulları, ət və şəkərdən ibarət olan 5 əsas qida maddəsi qiymətlərinin və ticarətinin izlənməsilə ölçülən Ərzaq Qiymətləri İndeksi, sentyabrda əvvəlki ayla müqayisədə dəyişməyib və 170 bənd səviyyəsində qalıb. İndeks, ötən ilin eyni ayına nisbətən isə 3,3% artıb.

Eləcə də bax: "Qlobal iqtisadi artım 2020-də 8 ilin - ƏN AŞAĞI SƏVİYYƏSİNƏ GERİLƏYƏCƏK"

Qlobal ərzaq qiymətləri, bu dövrdə bitki mənşəli yağ və ət qiymətlərində baş verən artım və şəkər qiymətinin aşağı düşməsilə tarazlanıb.

Buğda, düyü və qarğıdalı kimi iri dənəli məhsulları ehtiva edən Taxıl Qiymətləri İndeksi sentyabrda əvvəlki ayla müqayisədə dəyişiklik göstərməyib. Taxıl qiymətlərinin stabil qalmasına buğda qiymətlərindəki artımın qarğıdalı qiymətlərinin aşağı düşməsilə tarazlanması səbəb olub.

Bitki Yağı Qiymətləri İndeksi sentyabrda əvvəlki aya nisbətən 1,4% artıb və 13 ayın ən yüksək səviyyəsinə çatıb. Ət Qiymətləri İndeksi də bu dövrdə aylıq müqayisədə 0,8 faiz yüksəlib.

Şəkər Qiymətləri İndeksi sentyabrda bir əvvəlki aya nisbətən 3,9 faiz, Süd Qiymətləri İndeksi də eyni dövrdə 0,6 faiz azalıb.

Marja

Digər xəbərlər

Banner