Banner

Biznes

"Kobmarket" portalında - 50%-ə Qədər Endirim Tətbiq Olunacaq

"Kobmarket" portalında - 50%-ə Qədər Endirim Tətbiq Olunacaq | FED.az
14:04 2 Avq 2021

Azərbaycanda sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının daha geniş auditoriyaya tanıdılması və satışının artırılması, eləcə də alıcıların alış-veriş imkanlarının genişləndirilməsi məqsədilə www.kobmarket.az portalında yerləşdirilmiş məhsullara endirim tətbiq olunacaq.

FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, avqustun 6-da www.kobmarket.az portalından alış-veriş edən hər kəs 50%-ə qədər endirimli satışdan yararlana biləcək. Endirim kampaniyası çərçivəsində Bakı şəhəri üzrə bütün sifarişlər pulsuz çatdırılacaqdır.

Sahibkarların onlayn satış imkanlarının genişləndirilməsi məqsədilə KOBİA-nın dəstəyi ilə yaradılmış www.kobmarket.az ticarət platformasında hazırda 50-dən çox onlayn mağaza fəaliyyət göstərir və 700-dən çox adda məhsul yerləşdirilib. Növbəti mərhələdə portala məhsullarla yanaşı, müxtəlif xidmətlərin yerləşdirilməsi də nəzərdə tutulur.

Banner
Banner

Digər xəbərlər