Biznes

Quşçuluq şirkətinin səhmləri - SATIŞA ÇIXARILDI

Quşçuluq şirkətinin səhmləri - SATIŞA ÇIXARILDI | FED.az
08:28 16 Okt 2019

“İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi 2019-cu il noyabrın 5-də Bakı Fond Birjası QSC-də satışa çıxarılacaq.

FED.az xəbər verir ki, Bakı Fond Birjası QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilmə tarixinə 3 iş günü qalmışa qədər hərracın təşkilatçısı olan “İnvestAZ” QSC İnvestisiya Şirkətinə və və ya Bakı Fond Birjası QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

Eləcə də bax: “İsmayıllı Quşçuluq”un bankda girov olan səhmləri – SATIŞA ÇIXARILDI – QİYMƏT

Qeyd edək ki, sözügedən şirkətin səhmləri artıq bir neçə dəfədir ki, satışa çıarılsa da, satıla bilməyib.

Digər xəbərlər