Banner

Biznes

Sahibkarlar üçün koronavirusla bağlı – YENİ QAYDALAR – TƏLƏBLƏR-SİYAHI

Sahibkarlar üçün koronavirusla bağlı – YENİ QAYDALAR – TƏLƏBLƏR-SİYAHI | FED.az
13:52 1 İyun 2020

Xəbər verildiyi kimi, artıq ölkə ərazisində iri ticarət mərkəzlərinin, ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin  fəaliyyəti müəyyən şərtlərlə bərpa olunub. Məsələn, bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla.

FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara zəruri sosial davranış və sanitar-epidemioloji tələbləri bir daha xatırladıb. Bura əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması və sair addımlar aiddir.

Sahibkarlar COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilmiş metodiki göstərişlərlə bu keçidlərdən tanış ola bilərlər:

   Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) üzrə  

https://koronavirusinfo.az/files/2/3_Qida_Mehsullari.pdf

  • Turizm və otelçilik sektoru üzrə

https://koronavirusinfo.az/files/2/4_Turizm_VE_Otelcilik_Sektoru.pdf

  • Müxtəlif ticarət və xidmət sahələri, ofislər üzrə

            https://koronavirusinfo.az/files/2/6_Xidmet_sahesi_muessiseleri.pdf

  • Çimərlik və su istirahət mərkəzləri üzrə

https://koronavirusinfo.az/files/3/101_C%CC%A7im%C9%99rlikl%C9%99r.pdf

Digər xəbərlər

Banner