Biznes

Bakı İcra Hakimiyyətindən iş adamlarına müraciət - «OBYEKTİNİZİN QARŞISINDA…»

Bakı İcra Hakimiyyətindən iş adamlarına müraciət  - «OBYEKTİNİZİN QARŞISINDA…» | FED.az
09:56 4 Sen 2019

Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılmasını, yeni yaşıl guşələrin yaradılmasını və saxlanılmasını tövsiyyə edir.

FED.az xəbər verir ki, yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb.

Eləcə də bax:  “Bakının yeni inkişaf strategiyası hazırlanmalıdır”

Sərəncamda bildirilir ki, ölkə rəhbərinin yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilir ki, paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcəkdir.

Qeyd etmək lazımdir ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzədə tutulan ərazilərə şamil edilmir.

«Şəhərimizdə obyektlərin qarşısındakı yaşıl guşələr heç də hər yerdə günün tələblərinə cavab vermir»-deyə Bakı ŞİH-dən bildirilib.

Digər xəbərlər