“Səba” ASC-nin Mühahidə Şurası və İdarə Heyətinin tərkibində dəyişiklik olub.
FED.az ASC - nin açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, cəmiyyətin Müşahidə Şurasının üzvü Zakir Əzimov vəzifəsini tərk edib. Onu Elmar Abasov əvəz edib.
Eləcə də bax: Vüqar Baba OBA-da rəhbər vəzifəyə təyin olundu
Digər bir dəyişiklik isə İdarə Heyətinin üzvü Vüqar Baloğlanovun vəzifədən getməsi olub. İdarə Heyyətinə iki üzv - Nicat Nağıyev və Cavanşir Cəbrayılzadə təyin olunublar.