Banner

Biznes

«TAC» və «VESTEL»in sahibi, Türkiyənin smartfon istehsalçısı – AZƏRBAYCANDA BİZNESƏ BAŞLAYIR

«TAC» və «VESTEL»in sahibi, Türkiyənin smartfon istehsalçısı – AZƏRBAYCANDA BİZNESƏ BAŞLAYIR | FED.az
10:47 19 İyun 2021

Xəbər verildiyi kimi Türkiyənin tanınmış şirkətlərindən olan «Zorlu holdinq» Azərbaycanda fəaliyyətə başlayacaq.

FED.az-ın məlumatına görə, iyunun 18-də İqtisadiyyat nazirliyi ilə şirkət arasında bununla bağlı memorandum imzalanıb. Türk şirkəti Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna töhfə verəcək.

Qeyd edək ki, Türkiyənin tanınmış ailə şirkətlərindən olan «Zorlu holdinq»in tarixçəsi 1953-cü ilə gedib çıxır. Həmin il Mehmet Zorlu Dənizli Babadağda ilk dəfə olaraq əllə toxuma dəzgahı ilə istehsala başlayıb. 1960-cı illə Mehmetin oğulları Zeki və Ahmed Zorlular biznesin bir hissəsini Trabzon, Bursa və İstanbula daşıdılar. Burada iki fabrik quruldu.

1973-cü ildə isə şirkət hazırda Azərbaycanda da tanınan və populyar olan TAC markalı tekstil məhsullarının, o cümlədən masa örtüyü, 2,2 metrlik yorğan üzü və çarşaf istehsalına başlayır.

Məhsulların çeşidini getdikcə artıran şirkət Bursada yeni istehsal sahələri qurur və 1982-ci ildə Bursa sənaye bölgəsindən toxuma və tül fabriki inşa edir. «Korteks» markası ilə buraxılan məhsulların ilk ixracı Liviya və İraqa olur.

1988-ci ildə isə şirkət toxuma fabrikini daha keyfiyyətli ipliklə təmin etmək üçün yenə də Bursa sənaye bölgəsində polyester iplik fabriki qurur. 1990-da isə «Zorlu Holding A.Ş» şirkəti yaradılır.

1992-ci ildə dünyada dizayn işinə tələbatın artdığı və bazarın böyüdüyü üçün «Korteks»in tərkibində dizayn bölümü yaradılır. Bundan sonra holdinqin sürətlə digər sahələrə genişlənməsi başlayır. 1993-ci ilə «Zorlu Enerji» şirkəti, 1994-cı ildə isə elektronika və beyaz əşya istehsalçısı «Vestel» satın alınaraq «Zorlu Grupu»na daxil edilir.

1997-ci ildə «Zorlu Holding» o qədər güclənmişdi ki, bank sektoruna baş vuraraq «Denizbank»ı satın alır. Təqribən 9 ildən sonra bank Türkiyənın bankçılıq tarixində rekord qiymətə «Dexia» qrupuna satıldı

Ümumiyyətlə, 1997-ci ildə holdinqin tarixində böyük inkişaf ili kimi qaldı.

Həmin il Avropa və Orta şərqin ən böyük ev tekstili istehsalçısı olan «Zorlu Linens» şirkəti yaradıldı. Eləcə də Avropanın ən böyük polyester inteqra edilmiş iplik fabriki quruldu, müəssisənin illik gücü 165 min ton idi.

Nəhayət, 1997-ci ildə Trabzonda «Zorlu Grand Hotel» açıldı. Bu Trabzonda açılan ilk 5 ulduz otel idi. Eləcə də Lüleburgaz və Bursada iki enerji stensiyasının tikintisinə start verildi.

1998-ci ildə «Vestel City»nin bünövrəsi qoyuldu və ilk soyuducu zavodu tikildi. Zorlu Holdinqin ilk dəfə Amerika bazarına çıxması da həmin ildən başladı. Nyu-Yorkda ticarətlə məşğul olan «Zorlu USA», Atlantada istehsal və satışla məşğul olan «Zorlu MFG», ABŞ-ın startaplar vətəni olan Silikon Vadisində isə «Vestel USA» quruldu.

Dünyada ilk dəfə olaraq ABŞ üçün internet TV istehsalı başlandı. Eləcə də, «Zorlu Holdinq» Avropa bazarına daxil olmaq üçün 250 illik tarixə malik olan Fransız markası «Bel Air»i satın alaraq pərdə bazarında oyunçuya çevrildi.

2000-ci illərin əvvəllərində «Zorlu» artıq Britaniya və İtaliyada, ən əsası ilk dəfə olaraq Asiya bazarında – Honq Konqda və Şanxayda şirkətlər yaratdı, İraqda yeni mağazalar açıldı.

 

«Vestel» markası isə Türkiyənin ixrac çempionu oldu. Şirkət paltaryuyan maşınların və LCD televizorların  istehsalına başladı, eləcə də yeni elektronika markası olan «Regal» yaradıldı, Vestel City fəaliyyətə başladı.

2003-cu ildən başlayaraq «Zorlu Holdinq» yeni istiqamətlərdə inkişafa başladı. Artıq bu təkcə yataq tekstili və televizor istehsal edən şirkət deyildi. Holdinq Türkyiyə Silahlı Qüvvələri ilə əməkdaşlığa və yüksək texnoloji məhsulların istehsalı üçün hazırlıqlara başladı. Artıq 2005-ci ildə pilotsuz uçuş aparatı «Karayel»in ilk variantı hazırlandı.

Zorlu Uşaq Teatrı və təhçil və mədəniyyətə dəstək olmaq üçün Zorlu Foedu da yaradılıb.

«Zorlu Holdinq»in genişləndiyi digər, yeri gəlmişkən çox perspektivli istiqamət enerji sektoru oldu. 2005-ci ildə «Zorlu Enerji» İsraildə 800 MW gücə malik olan «DoradEnergy» stansiyasında 25% pay aldı. Bir il sonra isə şirkət Pakistanda ilk külək elektrik stansiyasının tikintisi və 20 il idarə edilməsi barədə müqavilə imzaladı.

2007-ci ildə «Zorlu Holdinq» mədənçilik, metallurgiya sahəsinə yatarıma başladı. Həmin il «Zorlu Grupu» və «Meta Madencilik» ortaqlığı ilə «Meta Nikel Kobalt Madencilik» şirkəti işə düşdü.

2009-2010-cu illərdə TAÇ markasının Türkiyədəki mağazalarının sayı 500-ə, ölkə xaricindəki mağazaları isə 100-ə çatdı. «Vestel» 100 milyonuncu teleaizorunu istehsal etdi.

2012-ci ildə «Zorlu Holdinq» yenidən maliyyə bazarına qayıtdı – «Zorlu Faktoring» fəaliyyətə başladı.

Hazırda «Zorlu Holdinq» Azərbaycanda da məşhur olan bir sıra tanınmış markaların sahibidir. Bunların arasında tekstil markalarından «TAC», «Linens» və nisbətən yüksək səviyyəli marka olan «Valeron», «Pierre Cardin», elektronik markalardan «VESTEL» və «REGAL» və başqaları var.

Şirkət tekstil və toxumaçılıqla yanaşı, enerji, eletrik və məişət malları, texnoloji məhsullar, müdafiə sənayesi məhsulları, telekommunikasiya, daşınaz əmlak, metallurgiya və mədənçilik, eləcə də yol tikintisi və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərir. Holdinqin hotel və hava nəqliyyatı biznesi də var.

Hazırda «Zorlu Tekstil Grupu» Avropanın ən byöük ev tekstili istehsalçısıdır. Eləcə də örtük və pərdə istehsalında Avropa lideridir. Şirkət Avropanın ən böyük poliyester iplik istehsalçısı sayılır – ildə 200 min ton iplik buraxır. Bu Türkiyənin illik polyester iplik istehsalının 55%-i deməkdir.

«Zorlu Holdinq»in elektronika və məişət əşyaları («Bəyaz əşya» sektoru) sahəsində göstəriciləri də yüksəkdir. Məsələn, «VESTEL» markası Türkiyənin ən çox tanınan 10 markasından biri, artıq 20 ildir ki, elektronika malları üzrə ixrac çempionudur. «VESTEL SİTY» isə o qədər böyükdür ki, «National Geographic Mega Fabrikalar»ın siyahısındadır.

«Zorlu Qrupu» Türkiyənin ilk smartfonun itehsalçısıdır və hazırda Türkiyədə ən çox satılan 3 telefondan birini buraxır. Ümumiyyətlə «VESTEL» Avropanın LCD TV baxarının 2-cisi, bəyaz əşya bazarının isə ilk 10 istehsalçısından biridir. Dünya televizor istehsalının 5%-i «Zorlu Qrup»un payına düşür.

Bundan başqa, «Zorlu Qrup» Türkiyədə qaz, geotermal, külək və su stansiyaları da daxil olmaqla 21 elektrik stansiyasına, eləcə də qaz paylayıcı şəbəkələrə sahibdir.

Mədən və metallurgiya biznesinə gəlincə isə şirkət rəsmi olaraq təsdiqlənmiş 453 250 ton Nikel, 15 280 ton həcmində kobalt ehtiyatlarına sahibdir.

«Zorlu Holding»də yer alan «Vestel Elektronik Sanayi ve Ticaret AŞ», «Vestel Beyaz Eşya Sanayi ve Ticaret AŞ» və «Zorlu Enerji Elektrik Üretim AŞ’»ninsəhmləri İstanbul birjasında dövrə etməkdədir.

Şirkətin maliyyə vəziyyətinə gəlincə, 2019-cu ilin sonuna «Zorlu Holdinq»in ümumi aktivləri 63 milyard lirə təşkil edir. Bu həmin dövrün məzənnələri ilə 11 milyard 131 milyon dollar deməkdir. 2016-2019-cu illərdə holdinqin aktivləri lirə ifadəsində 2 dəfədən çox artıb (30 milyard lirədən 63,2 milyard lirəyə).

Şirkətin illik satışlarının həci 30 milyard lirə ətrafındadır. Bunun böyük hissəsi eletrik mallarının, qalin hissələr metallurgiya, enerji və tekstil sahəsinin payına düşür.

Bununla yanaşı, «Zorlu Holdinq» son 4 il zərərlə başa vurub. Son iki ildə şirkətin xalis zərəri 2018-ci ildə 7 milyon lirə, 2019-da isə 4 milyon lirə təşkil edib.

Banner
Banner

Digər xəbərlər