Banner

Biznes

Tramp bəzi şirkətlərin Huawei-yə mal satmalarına - YAŞIL İŞIQ YANDIRDI

Tramp bəzi şirkətlərin Huawei-yə mal satmalarına - YAŞIL İŞIQ YANDIRDI | FED.az
08:13 11 Okt 2019

"New York Times"da çıxan bir xəbərdə ABŞ Prezidenti Donald Trampın bəzi ABŞ şirkətlərinin Çinin texnologiya şirkəti "Huawei Technologies Co."ya mal və proqram təminatı tədarük etmələrinə icazə verdiyi qeyd olunub.

FED.az xəbər verir ki, mənbələrə istinadən verilən xəbərə görə, Trampın hökuməti bəzi ABŞ-lı şirkətlərə telekommunikasiya nəhəngi Huawei-yə məhdudiyyət olmayan məhsullarda mal tədarükü üçün yaxında lisenziya verəcək.

Eləcə də bax: ABŞ 28 Çin şirkətini - “QARA SİYAHI”YA SALIB

Xəbərdə sözügedən addımın, dünyanın ən böyük iki iqtisadiyyatı arasında Cümə axşamı və Cümə günləri keçiriləcək ticarət danışıqlarında gərginliyi azaldacaq bir addım ola biləcəyi qeyd olunub.

Marja

Digər xəbərlər

Banner