Biznes

Türkiyədə qış geyimləri - KƏSKİN BAHALAŞIB

Türkiyədə qış geyimləri - KƏSKİN BAHALAŞIB | FED.az
08:48 5 Noy 2019

Oktyabr ayında Türkiyədə istehlak qiymətlərində ən yüksək qiymət artımı kişi sviterlərində olub.

FED.az Türkiyə Statistika Qurumuna istinadən bildirir ki, sentyabr ayı ilə müqayisədə kişi geyimləri 43,7% bahalaşıb.

Eləcə də bax: Türkiyədən sifarişlə - «Sədərək-Binə» QİYMƏTİNƏ GEYİM ALMAQ – SƏRFƏLİDİRMİ?

Kişi sviterlərindən sonra ən sürətli qiymət artımı uşaq sviterlərində (40,46%) və kişilər üçün yun paltolarda (38,94%) baş verib.

Oktyabrda qiyməti ən çox artan digər mallar qadın jileti (38,02%), kişi gödəkcəsi (36,84%), qadın paltosu (33,97%), qadın çəkməsi (32,38%), eləcə də balqabaq (23,22%) və bibər olub (22,75%)  yer alıb.

Əvəzində oktyabrda ölkədaxili turlar ucuzlaşıb.

Oktyabrdaən çox qiymət azalması 27,66%-lə ölkədaxili həftəlik və ya daha çox müddətli turlarda olub. Bundan başqa limon 25,23%, yerkökü 15,38%, alma 12,17%, lobya 8,5%, şəhərlərarası avtobus 5,03%, ölkə xaricinə bir və ya daha uzun müddətli turlar 4,87%, yataq dəsti 4,08%, quru lobya 3,81%, kondisioner 3,67% azalma olub

 

 

Digər xəbərlər