Banner

Biznes

Türkiyənin Yeni İqtisadi Proqramı - AÇIQLANACAQ

Türkiyənin Yeni İqtisadi Proqramı - AÇIQLANACAQ | FED.az
08:08 30 Sen 2019

Türkiyənin Xəzinə və maliyyə naziri Berat Albayrakın bu gün Yeni İqtisadi Proqramı açıqlayacağı gözlənilir.

FED.az  xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, "Yeni İqtisadi Proqram 2020-2022"nin təqdimatı  bu gün saat 12:00-da başlayacaq.

Eləcə də bax: "Türkiyə İrandan neft və qaz alışından imtina etmək - NİYYƏTİNDƏ DEYİL"

Yeni İqtisadi Proqram 2020-2022 dövrü üzrə inflyasiya, məşğulluq, iqtisadi artım, ixracat, cari kəsir kimi əsas makro göstəricilər müəyyənləşdirəcək.

Daha əvvəlki proqramda iqtisadi artım hədəfləri 2019 üçün 2,3 faiz, 2020 il üçün 3,5 faiz, 2021 il üçün 5 faiz olaraq müəyyən edilmiş, inflyasiya hədəfləri isə 2019 üçün 15,9 faiz, 2020 il üçün 9,8 faiz, 2021 il üçün 6 faiz nəzərdə tutulmuşdu.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti hədəflərinin 2019-cu il üçün 1,8%, 2020-ci il üçün 1,9%, 2021-ci il üçün 1,7 faiz olduğu proqramda, işsizlik nisbəti hədəfləri də 2019 üçün 12,1 faiz, 2020 il üçün 11,9 faiz, 2021 il üçün 10,8 faiz şəklində müəyyən olunub.

Bu ilin Aprel ayında hazırkı Yeni İqtisadi Proqramdakı hədəflərə çatmaq üçün islahat paketi açıqlanmışdı. 

Marja

Digər xəbərlər

Banner