Biznes

Vergi Məcəlləsində daha bir yenilik – «RİSKLİ VERGİ ÖDƏYİCİSİ»

Vergi Məcəlləsində daha bir yenilik – «RİSKLİ VERGİ ÖDƏYİCİSİ» | FED.az
10:27 25 Okt 2019

Vergi Məcəlləsinə gələn ilin əvvəlinən təklif olunan dəyişikliklər çərçivəsində məcəlləyə yeni anlayışın – «riskli vrgi ödəyicisi» daxil edilməsi nəzərdə tutulur.

FED.az xəbər verir ki, bu məcəlləyə əlavə olunan 13.2.83-cü maddəsində göstərilib. Həmin maddəyə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisi deməkdir.

Eləcə də bax:Vergilərin risk qrupu - "QARA SİYAHIYA" KİMLƏR DÜŞÜR? – AÇIQLAMA

Qeyd edək ki, vergi xidməti indiyədək də «riskli vergi ödəyicisi» anlayışından istifadə edib. Amma bu anlayış məcəlləyə indi əlavə olunur.

Riskli vergi ödəyicilərinə nəzarət gücəndiriləcək və digər ödəyicilərdən daha fərqli olacaq.

Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklərə görə, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və ya vergi sirri sayılmayacaq.

Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılacaq.

Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq.

Habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal yetirməyi tələb edə bilər.

Vergi orqanının bu halda verginin onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq.

Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq.

Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura da əvəzləşdirməyə əsas olmayacaq.

Digər xəbərlər