Biznes

Vergiyə işə düzəlmək istəyən hər – 100 NƏFƏRDƏN YALNIZ 6-SI UĞUR QAZANIB

Vergiyə işə düzəlmək istəyən hər – 100 NƏFƏRDƏN YALNIZ 6-SI UĞUR QAZANIB | FED.az
15:20 17 Okt 2019

Son 14 il ərzində Vergi orqanlarında işə düzəlmək üçün 23 368 nəfər müraciət edib. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, müraciət edənlərdən 19890-nın sənədləri qəbul olunub.

Eləcə də bax:Vergilər Nazirliyi üçün yeni təklif – SİYAHI AÇIQLANSIN

Bu dövr ərzində vergi orqanlarına keçirilən test imtahanlarından 2262 nəfər nəfər keçib. İmtahanın ikinci mərhələsində, müsahibədə müvəffəqiyyət qazananların sayı isə 1551 nəfər olub.

Bu şəxslərin 1356-sı işlə təmin olunub. Nəticədə, təqribi hesablamaya görə indiyədək Vergi orqanlarında işə düzəlmək üçün müraciət edən hər 100 nəfərdən cəmi 6-sı işlə təmin edilib.

Eləcə də bax:Vergilər Nazirliyi üçün 31 mərtəbəli - BİNA TİKİLİR

Nazirliyin məlumatına görə, vergi orqanlarına 2005-ci ildən bu yana nazirliyə işə qəbul üçün ən çox müraciət 2017-ci ildə olub. Həmin il bir neçə mərhələ üzrə işə qəbul üçün 5200 nəfər müraciət edib. Amma onlardan yalnız 181-i  - yəni 3,5%-i işə qəbul edilib.

2014-cü ildə nazirlikdə işə düzəlmək üçün müraciət edən 4239 nəfərdən yalnız 227-si, yəni təqribən 5%-i işə götürülüb.

Son dövrlərə gəlincə, nazir Mikayıl Cabbarov vəzifəyə təyin ediləndən sonra 2018-ci ildə işə qəbul üçün 1731 nəfər müraciət edib və onlardan 88-i. təqribən 5%-i işə götürülüb. 2019-cu ildə isə 108 nəfər attestasiyadan keçsə də hələlik işə götürülməyib.

Naziolikdən verilən məlumata görə, vergi orqanlarına işə düzəlmək üçün ən asan vaxt 2005 və 2012-ci illər olub. 2005-ci ildə sənəd verənlərin 30%-i, 2012-ci ildə isə 25%-i test imtahanından uğurla keçib. 

Vergilərə işə düzəlmək üçün ən çətin il 2017-ci ildə olub – sənədə verənlərin cəmi 3,5%-i testdən keçib. 2006-cı ildə isə testdən keçənlərin sayı cəmi 3% olub.

İşə qəbul olunanların sayına gəldikdə ən çox işçi 2009-da 254 nəfər, 2012-ci ildə 250 nəfər və 2011-ci ildə 211 nəfər işlə təmin edilib. 2010, 2013, 2015 və 2016-cı illərdə vergilərdə işə qəbul aparılmayıb.

Digər xəbərlər