Biznes

Vergilər Nazirliyi müsahibə nəticələrinin gec elan edilməsinə - AYDINLIQ GƏTİRDİ

Vergilər Nazirliyi müsahibə nəticələrinin gec elan edilməsinə - AYDINLIQ GƏTİRDİ | FED.az
17:06 26 İyul 2019

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun müavini Elməddin Süleymanov müsahibələrin nəticələrin gec elan edilməsinə aydınlıq gətirib: " Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün müraciət edən 220 nəfər öz gücünü sınayıb. İndiyədək keçirilmiş müsahibələrin nəticələrinin bir qədər gec elan edilməsi ilə bağlı məsələni xüsusilə qeyd etmək istərdim. Bu müsabiqə təcrübəli kadr ehtiyatının formalaşdırılmasına istiqamətlənmiş bir tədbirdir. Bu mütəxəssisləri seçmək Vergilər Nazirliyinin öz səlahiyyətindədir. Biz təcrübəli mütəxəssisləri, peşə hazırlığı olan kadrları seçməyə çalışırıq. Seçim mərhələsində hər bir namizədlə fərdi müsahibə aparılır və onun sahə üzrə bilikləri, peşəkarlıq səviyyəsi yoxlanılır. Test üsulundan fərqli olaraq burada müsahibə daha dərinləşdirilmiş şəkildə keçirilir. Müsabiqədə iştirak edən insanların əksəriyyəti mühasibat, maliyyə və s. sahələrdə işləyən şəxslərdir. Əlbəttə, onların bilik səviyyəsi və təcrübəsi daha genişdir və bu şəxslərlə müsahibə kifayət qədər vaxt tələb edir. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil ediləcək və nazirlikdə müvafiq iş yerləri açıldıqca həmin namizədlərə iş təklif ediləcək.
Eləcə də bax:Ərəb ölkələrinə - 31 milyon ədəd yumurta ixrac edən - AZƏRBAYCAN ŞİRKƏTİ 

Namizədlər arasından müvafiq sahədə dərhal işə başlaya biləcək təcrübəli şəxslər seçilir. Bu seçim imkanı bütün namizədlər üçün yaradılmalıdır. Onların hamısı müsahibədən keçməlidir ki, ən yaxşıları və bizim tələblərə uyğun gələn kadrları seçə bilək. Kadr ehtiyatına daxil edilən şəxslərin tam əksəriyyəti müxtəlif sahələrdə işləməkdə davam edirlər. Hələ məlum deyil ki, bizim təklif edəcəyimiz iş şəraiti və ya ərazi onları nə dərəcədə qane edəcək. Biz ehtiyaclarımıza və tələblərimizə uyğun kadrlar müəyyən etməyə çalışırıq. İş yerlərimiz açıldıqca onlara iş təklif ediləcəkdir. Vergilər Nazirliyi hər bir namizədə müvafiq imkan yaradıb və nəticələr bəlli olduqca kadr ehtiyatına daxil edilmiş şəxslərə müvafiq məlumat veriləcəkdir. FED.az "Mks.az"a istinadən bildirir ki,nəticələrlə bağlı namizədlərin məlumatlandırılması prosesi artıq başlayıb və bu günə 67 nəfər seçilərək kadr ehtiyatına daxil edilib və onlardan 47-si müxtəlif vəzifələrə təyinat alıb."

 

Digər xəbərlər