Biznes

Vergilər Nazirliyi "onlayn kassa" üçün “Cybernet”i - CƏLB EDİB

Vergilər Nazirliyi "onlayn kassa" üçün “Cybernet”i - CƏLB EDİB | FED.az
13:41 30 Sen 2019

“Cybernet” MMC “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərini yerinə yetirəcək.

FED.az xəbər verir ki, “Cybernet” Vergilər Nazirliyinin keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə 559 min 84 manat məbləğində müqavilə imzalanıb.

2004-cü ildə təsis olunan “Cybernet” Azərbaycanda və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təklif edir.  

Azərbaycanın vergi sisteminin diaqnostikası üçün məsləhətçi seçib

Həmçinin Vergilər Nazirliyi ölkənin vergi sisteminin diaqnostikasını aparmaq məqsədilə məsləhətçi cəlb edib.

“Azərbaycanın vergi sisteminin diaqnostikası” mövzusunda ekspertiza-məsləhət xidmətinin həyata keçirilməsi üçün "McKinsey and Company (Azerbaijan), INC" şirkətinin Azərbaycandakı filialı ilə müqavilə bağlanılıb.

Müqavilənin məbləği 2 milyon 707 min 999,7 manat təşkil edir.

Digər xəbərlər