Biznes

«Veysəloğlu»dan işçilərə ödənilən - MAAŞLAR HAQQINDA AÇIQLAMA

«Veysəloğlu»dan işçilərə ödənilən - MAAŞLAR HAQQINDA AÇIQLAMA | FED.az
16:34 8 Noy 2019

Azərbaycanın ən böyük biznes qruplarından olan «Veysəloğlu» MMC haqqında yayılan məlumatlara aydıqlıq gətirib.

Eləcə də bax: «Azersun Holdinq»in prezidenti: «Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm»

FED.az xəbər verir ki, bir müddət əvvəl sosial şəbəkədə FED.az-a müraciət edən istifadəçilər  “Veysəloğlu MMC”nin işçilərinə maaşı qeyri-rəsmi formada verdiyini iddia edib. Məlumatda qeyd olunurdu ki, “Veysəloğlu MMC”də 1000 manat maaş alan işçinin maaşının 250 manatı işçinin maaş kartına köçürülür qalan məbləğ isə işçiyə nağd şəkildə verilir.

Eləcə də bax: “Veysəloğlu” yeni saziş imzalayıb - AZƏRBAYCANA QUŞ ƏTİ İDXAL EDƏCƏK

Məsələ ilə bağlı FED.az-ın «Veysəloğlu» MMC-yə ünvanladığı sorğuya cavab olaraq bildirib ki, «Veysəloğlu» MMC şirkəti təsis olunduğu andan bütün fəaliyyətini Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun aparır.  «Xüsusi ilə vurğulamaq istərdik ki, vergi qanunvericiliyinə riayət şirkətimizin hər zaman prioriteti olub.  Odur ki, işçilərimizin əmək haqqı müvafiq qanunvericiliyə uyğun olaraq bütün vergilər və icbari ödənişlər edilərək verilir» – deyə şirkətin açıqlamasında qeyd olunub.

Digər xəbərlər