Banner

Biznes

Xarici iş adamlarının Gürcüstana səfərinə - İCAZƏ VERİLİB

Xarici iş adamlarının Gürcüstana səfərinə - İCAZƏ VERİLİB | FED.az
11:44 8 İyul 2020

Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək.

Eləcə də bax: Gürcüstan bir neçə ölkə vətəndaşları üçün - SƏRHƏDLƏRİNİ AÇIR

FED.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib.

O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır.

Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar: “Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”. (Report)

Digər xəbərlər

Banner