Biznes

Zabit Səmədov Avstriya brendinin siması və - Rəsmi Təmsilçisi Oldu

Zabit Səmədov Avstriya brendinin siması və - Rəsmi Təmsilçisi Oldu | FED.az
11:59 17 İyun 2020

16 iyun tarixində Bakı Biznes Mərkəzində məhşur kikboksçu, “Mauqli” ləqəbli Zabit Səmədovla Avstriya ticarət markası “Berg” arasında müqavilə imzalanıb.

FED.az xəbər verir ki, bununla da Zabit Səmədov “Berg” ticarət markasının səfiri oldu. O, Berq şirkətinin yeni içki markası olan “Berg Glucose”-nın ölkəmizdə və dünyada siması və rəsmi təmsilçisi olacaq.

“Berg Glucose” Azərbaycan bazarında sağlam həyat tərzini təbliğ edən ilk məhsuldur.

Bu məhsulun tərkibində vitaminlər kompleksi, qlükoza, dəmir və təbii limon suyu var. Tədbirdə çıxış edən məhşur kikbokçu məhsulun siması olmağının səbəbini də açıqlayıb: “Qələbəyə aparan sir sağlamlıq üçün düzgün seçim etmək, səy göstərmək və gücdür. Mən sağlam həyat tərzini seçmişəm. “Berg Glucose”-a da sağlam həyat tərzi üçün mükəmməl içkidir. Bütün bu oxşarlıqlar məni və “Berg Glucose”-nı birləşdirir”- dedi.

Sualları cavablandıran Zabit Səmədov həmçinin qeyd etdi ki, “Berg Glucose” ilə bizi qarşıda çox maraqlı aktivliklər və layihələr gözləyir.  O, tərkibində immun sistemini gücləndirən vitamin kompleksi, dəmir və qlükoza olan “Berg Glucose”-nı və həyatımızın istənilən anında möhkəm olmağı tövsiyyə etdi. Qeyd edək ki, “Berg Glucose”-nın sloqanı “Möhkəm ol”dur.

Digər xəbərlər

Banner