Digər

77 yaşlı milyarder - PREZİDENT OLMAQ İSTƏYİR

77 yaşlı milyarder - PREZİDENT OLMAQ İSTƏYİR | FED.az
09:12 9 Noy 2019

Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Alabamada keçirilən ilkin seçkidə ABŞ Demokrat Partiyasından namizəd kimi qeydə alınması üçün müraciət edərək sənədlərini təqdim edib.

FED.az xəbər verir ki, bu barədə məlumat Demokratik Partiyanın Alabamadakı nümayəndəliyinin saytında yerləşdirilib.

Eləcə də bax: Karyerasının başlanğıcında - İŞƏ DÜZƏLƏ BİLMƏYƏN - MİLYARDERLƏR

Qeyd olunub ki, Alabamada ilkin seçki 2020-ci il 3 mart tarixinə təyin edilib.

Prezident seçkilərində rəqibi Donald Trumpın adını daşıyacaq Demokratik Partiyanın Milli Konqresinə 52 nümayəndə seçəcəklər.

2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb.

Milyarder ABŞ-ın ən varlı adamlarından biri hesab olunur. “Forbes” jurnalının son hesablamalarına görə, onun sərvəti 52 milyard dolları ötüb.

Report

Digər xəbərlər