Digər

ABŞ-da silah satışı artıb – şirkətlərin səhmi bahalaşır

ABŞ-da silah satışı artıb – şirkətlərin səhmi bahalaşır | FED.az
11:54 26 İyul 2020

ABŞ-dakı etiraz aksiyalarından sonra ölkə əhalisi özünü qorumaq üçün kütləvi şəkildə silah və özünü müdafimə vasitələri alır.

FED.az «Bloomberg»ə istinadən xəbər verir ki, xüsusilə gözyaşardıcı qaz buraxan qurğuların satışı kəskin artıb. Bunlar polisdəki analoji silahlar kimidir, amma evləri qorumaq üçün nəzərdə tutulub.

«Byrna Technologies» şirkətinin belə məhsulları kənavrdan pitoleti xatırladır, onun daxilində isə içərisində gözyaşardıcı qaz olan kapsula və istiot aerozolu var, hansı ki, zərbə zamanı partlayır.

İstehsalçı bildirir ki, bir belə kapsula həm korluq, həm də nəfəsi çətinləşdirməklə adamı yarım saatlıq sıradan çıxara bilər. Bir neçə ay əvvəl ABŞ-da afroamerikalı Corc Floydun qətlindən sonra başlanan etiraz aksiyaları nəticəsində silah satışı da kəskin artıb.

Silahın mövcud olduğu barədə xəbər TV-də səslənən kimi, bir sutkada 2,5 milyon dollarlıq silah satılıb. Ümumilikdə bu il «Byrna» şirkətinin səhmləri 500% bahalaşıb, Floydun öblümündən keçən bir neçə həftə ərzində isə şirkətin bazar dəyəri 3 qat yüksəlib.

Şirkətin tapançası 325 dollardır, içərisində 95 «patron» olan qutu üçün isə əlavə 300 dollar ödəmək lazımdır. Əlavə ödəniş etməklə bu qurğuya lazer nişangahı da quraşdırmaq olar.

Digər xəbərlər