Digər

Boris Conson - KORONAVİRUSA YOLUXDU

Boris Conson - KORONAVİRUSA YOLUXDU | FED.az
15:45 27 Mart 2020

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.

Eləcə də bax: Fatih Terim - KORONAVİRUSA YOLUXDU

FED.az "report"a istinadən xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter"dəki səhifəsində yazıb. 

55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib. 

Baş nazirin sözlərinə görə, son 24 saat ərzində siyasətçidə xəstəliyin əlamətləri üzə çıxıb. Onun koronavirus analizlərinin nəticələri müsbət olub.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson bildirib.

Digər xəbərlər