Digər

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - ÇAVUŞOĞLU AÇIQLADI

Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - ÇAVUŞOĞLU AÇIQLADI | FED.az
16:09 29 Yan 2020

"Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var".

Eləcə də bax: Səfir: "Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına hələlik - İCAZƏ VERİLMİR"

FED.az xəbər verir ki, Modern.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında deyib. Nazir Türkiyə vətəndaşlarını Çindən evakuasiya edəcək təyyarənin həmin azərbaycanlıları da göyərtəsinə qəbul edəcəyini vurğulayıb:

“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək  və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:

“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

 

Digər xəbərlər