Digər

"Çinin "dünya fabriki" olduğu günlər keçmişdə qaldı"

"Çinin "dünya fabriki" olduğu günlər keçmişdə qaldı" | FED.az
21:07 12 Avq 2020

“Apple” və bir çox texnologiya nəhənginin əsas tədarükçüsü “Hon Hai Precision Industry” tədarük zəncirini ABŞ və Çin arasında bölüşdürməyi planlaşdırır.

Eləcə də bax: Çinlilər Gürcüstanda «biznes cənnəti» yaradıb – AZƏRBAYCANLILARI DA ÇAĞIRIRLAR

FED.az xəbər verir ki, şirkət Çinin “dünya fabriki” olduğu günlərin ticarət müharibəsi səbəbindən artıq keçmişdə qaldığını qeyd edib.

“Hon Hai Precision Industry” (Foxconn) İdarə Heyətinin sədri Young Liu şirkətin “iPhone”dan “Dell” kompüterlərinə qədər bir çox məhsul üçün zəruri avadanlıq təmin etdiyi Çindəki fabrikinin tədricən ölkədən köçürüldüyünü deyib. Çindən xaricə köçürülmə sürəti iyunda 25% -dən 30% -ə yüksəlib.

Şirkət maliyyə vəziyyətini açıqlayandan sonra Liu Çində istehsal olunan mallara tətbiq edilə bilən əlavə vergilərin qarşısını almaq üçün şirkəti Cənubi Şərqi Asiya və digər bölgələrə köçürüləcəyini bildirib.

"Hindistan, Cənub-Şərqi Asiya və ya Latın Amerikasında olmasının fərqi yoxdur, hər birinin ayrıca istehsal ekosistemləri olacaq" deyən Liu şirkətin istehsal gücündə əsas rol oynasa da, artıq Çinin "dünyanın fabriki" olduğu günlərin geridə qaldığını söyləyib.

Digər xəbərlər

Banner