Banner

Digər

Ərdoğan Mərkəzi Bankın sədrini - İŞDƏN ÇIXARDI

Ərdoğan Mərkəzi Bankın sədrini - İŞDƏN ÇIXARDI | FED.az
13:59 20 Mart 2021

Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbal vəzifəsindən azad edilib. 

FED.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan sərəncam imzalayıb. 

Verilən qərara əsasən, sözügedən vəzifəyə keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.

Qeyd edək ki, N.Ağbal TMB sədri vəzifəsinə prezident tərəfindən 4,5 ay əvvəl təyin olunmuşdu. Həmin vaxt (noyabr, 2020) xəzinə və maliyyə naziri, prezidentin kürəkəni Berat Albayrak və MB rəhbəri Murat Uysal lirənin ucuzlaşması və 128 milyard dollarlıq rezervin bitirilməsi səbəbi ilə vəzifədən çıxarılmışdı.

N.Ağbal kəmiyyət daraldılması siyasəti ilə maliyyə bazarında sabitlik yaratmağa nail olmuşdu. İndiyədək faiz artımı 8,75% olub. Bu sıradan növbəti qərar olaraq 2 gün əvvəl faiz artımı qərarı verilmiş və uçot dərəcəsi 19%-ə yüksəldilmişdi. 

Lakin bu qərardan sonra dünən Berat Albayraka məxsus "Sabah" və "Yeni Şafak" qəzetlərində N.Ağbal tənqid atəşinə tutulub, hətta onu Türkiyəyə qarşı "operasyon çəkmək"də ittiham etdilər. N.Ağbal prezidentin qərarından sonra bütün addımlarına görə, prezidentə təşəkkür edərək, vəzifədən çıxarıldığıma görə isə şükr etdiyini bildirib. 

Banner
Banner

Digər xəbərlər