Banner

Digər

Ermənistan-İran gömrüyü - Bağlanıb

Ermənistan-İran gömrüyü - Bağlanıb | FED.az
17:06 26 Aprel 2021

Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

FED.az xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb. (Report)

Banner
Banner

Digər xəbərlər