Banner

Digər

Ermənistan müharibədə 4 minə yaxın - İtki Verib

Ermənistan müharibədə 4 minə yaxın - İtki Verib | FED.az
16:59 14 Aprel 2021

Bu günə qədər Qarabağ müharibəsi zamanı həlak olanların təsdiqlənmiş sayı 3621 nəfərdir.

Eləcə də bax: Erməni iqtisadçı: “Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkiləri 38 milyard dollardır”

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə ölən hərbçilərin ölüm sertifikatlarına əsaslanaraq məlumat verib. O qeyd edib ki, itkin düşənlərin sayı 321 nəfərdir. Bundan əlavə, 201 nəfərin qalıqları DNT analizi mərhələsindədir.

Paşinyan 100-dən çox cəsədin şəxsiyyətinin müəyyənləşdirildiyini, ancaq yaxınlarının ölüm faktını qəbul etməkdən imtina etdiklərini bildirib. Onlar hələ də övladlarının sağ olduğuna və geri dönəcəklərinə inanırlar.

Baş nazirin sözlərinə görə, DNT analizinin nəticələrinə inanmayan ailələr var. Paşinyan ölənlərin ümumi sayının 4000-4050 nəfər arasında ola biləcəyini bildirib.

Banner
Banner

Digər xəbərlər