Digər

Fransa iqtisadiyyatı Dünya Müharibəsindən bəri – ƏN PİS DURUMDA

Fransa iqtisadiyyatı Dünya Müharibəsindən bəri – ƏN PİS DURUMDA | FED.az
21:36 8 Aprel 2020

Fransa Bankı, ölkənin İkinci Dünya Müharibəsindən sonrakı ən pis rüblük iqtisadi nəticələrini görəcəyini  - iqtisadiyyatın 6% geriləyəcəyini açıqlayıb.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu İkinci Dünya Müharibəsindən bəri ən böyük rüblük azalmadır. Hətta geniş yayılmış iğtişaşlar, kütləvi tələbə etirazları və ümumi tətillər olduğu 1968-ci ilin ikinci rübündə belə Fransada iqtisadiyyat cəmi 5,3% azalmışdı.

Fransada 17 Mart tarixindən etibarən ölkə daxilində həyata keçirilən təcrid tədbirləri rəsmi olaraq aprelin 15-də başa çatacaq, lakin hökumət bu müddətin uzadıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İqtisadiyyatdakı baş verən dağıntıları təhlil edən Fransa Mərkəzi Bankı, mart ayında karantin tədbirləri səbəbiylə iqtisadi aktivliyin təxminən 30% azaldığını bildirib. Rəsmi statistika qurumu INSEE və müstəqil tədqiqat institutlarının proqnozlarına uyğun olaraq, Fransa Mərkəzi Bankı, ölkənin təcrid olunduğu iki həftə ərzində illik iqtisadi fəaliyyətin 1,5 faiz bəndi azalacağını proqnozlaşdırmışdı.

Fransa Mərkəzi Bankının nəticələri 27 mart - 3 aprel tarixləri arasında 8500 şirkətə göndərilmiş sorğunun nəticələrinə əsaslanır. Sorğuya verilən cavablar göstərdi ki, sənayedə istehsal gücündən istifadə fevral ayındakı 78%-dən mart ayında ortalama 56%-ə düşüb. Başqa sözlə, sənaye müəssisələri öz gücünün yarısı həcmində çalışır. Avtomobil sənayesində isə vəziyyət daha pisdir – avtomobil zavodları istehsal gücünün yalnız 41%-ni işə salıblar.  

Digər xəbərlər