Banner

Digər

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq - VİDEO

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq - VİDEO | FED.az
19:17 28 Fev 2021

Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

FED.az Trend-ə istinadən xəbər verir ki, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.

Banner
Banner

Digər xəbərlər