Digər

Gürcüstanda dörd məmur - RÜŞVƏT ÜSTÜNDƏ SAXLANILIB

Gürcüstanda dörd məmur - RÜŞVƏT ÜSTÜNDƏ SAXLANILIB | FED.az
12:20 9 Noy 2019

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti bələdiyyəsinin dörd əməkdaşı dörd rüşvət faktı üzrə saxlanılıb.

FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Eləcə də bax: Rüşvət alan gömrük işçisinin - MƏHKƏMƏSİ BAŞLAYIB - RÜŞVƏTİN MƏBLƏĞİ

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Kobuleti bələdiyyəsi ərazisində həyata keçirilən müəyyən infrastruktur layihələrin yerinə yetirilməsi ilə bağlı sənədlərə görə rüşvət tələb ediblər.

Faktla bağlı istintaq aparılır. Saxlanılanları 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Cinayət əməlində iştirak edən digər şəxslərin müəyyən olunması üzrə istintaq tədbirləri davam etdirilir.

Report

Digər xəbərlər