Banner

Digər

"Hacıqabul Quşçuluq" şirkətinin sahibi – VƏFAT ETDİ

"Hacıqabul Quşçuluq" şirkətinin sahibi – VƏFAT ETDİ  | FED.az
10:53 29 İyul 2021

İstanbulun "Florence Nightingale" Klinikası tanınmış Azərbaycanlı iş adamı məşhur Fermer Adışirin Babaşovun vəfatı barədə rəsmi açıqlama yayıb.

FED.az xəbər verir ki,  A.Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı "Florence Nightingale klinikasında ürək çatışmazlığından vəfat edib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, A.Babaşovun cənazəsi 29.07.2021-ci il tarixdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, A.Babaşov "Hacıqabul Quşçuluq" MMC-nin sahibi olub.

Allah rəhmət eləsin!

Banner
Banner

Digər xəbərlər