Banner

Digər

İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da - Bağladı

İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da - Bağladı | FED.az
10:46 11 May 2021

İsrail blokadada olan Qəzzanın yeganə ticarət sərhəd qapısı olan “Kerem Əbu Səlim”i bağladığını açıqlayıb. 

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə bağlı Fələstin Bölgələrindəki Hökumət Fəaliyyətləri Koordinasiya Birliyi məlumat yayıb.

Yazılı açıqlamada təhlükəsizlik məsləhətləşmələrinin ardından İsrail və Qəzza arasındakı sərhəd qapısının ikinci bir əmrə qədər dərhal bağlanmasına qərar verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün İsrail Qəzzadakı “Beyt Xanun” (Erez) sərhəd qapısını da bağladığını açıqlamışdı. 

Banner
Banner

Digər xəbərlər