Digər

Las-Veqasda kazinolar - BAĞLANIR

Las-Veqasda kazinolar - BAĞLANIR | FED.az
09:03 18 Mart 2020

ABŞ-ın Nevada ştatında koronavirusun yayılması səbəbindən Las-Veqas kazinoları daxil olmaqla, bütün əyləncə müəssisələri bağlanır.

Eləcə də bax: Amerikanın fond bazarı - REKORD DƏRƏCƏDƏ ENDİ

FED.az bildirir ki, bunu ştatın qubernatoru Stiv Sisolak açıqlayıb.

“Hər bir oyun aparatı söndürülməlidir”, - siyasətçi deyib.  

Bu addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirusa yoluxanların sayının 5 mini ötdüyü, azı 100 nəfərin öldüyü barədə xəbər verilirdi.

Qafqazinfo

Digər xəbərlər