Digər

Makaron satışları 4 qat artıb - DÖVLƏTLƏR ƏRZAQ EHTİYATI TOPLAYIRLAR

Makaron satışları 4 qat artıb - DÖVLƏTLƏR ƏRZAQ EHTİYATI TOPLAYIRLAR | FED.az
10:27 27 Mart 2020

Corona virusunun yayılması ilə makaron tipli davamlı quru qida məhsullarına tələbat sürətlə artdı.

Eləcə də bax: «Elə bilirlər, sosial xidmət - pulsuz ərzaq və pulsuz taksidir»

FED.az xəbər verir ki, qonşu Türkiyədə makaron satışı 4 dəfə artıb. Türkiyə Makaron Sənayeçiləri Dərnəyi Başçısı Abdülkadir Külahçıoğlu, Türkiyədə ilk hadisənin açıqlandığı 11 Mart tarixindən sonrakı dövrdə makaron satışlarının əvvəlki dövrlərə görə 300% artdığını açıqlayıb.

Məsələnin maraqlı tərəfi ondadır ki, Türkiyə özü dünyanın ən böyük ikinci makaron ixracatçısıdır, amma bu hadisələrdən sonra, daxili tələbat artdığına görə, ixracıtı azaldıb.

Ümumiyyətlə, koronavirusun yayılmasından sonra dünyada artan tələbat ilə dənli bitkilərin, xüsusən də buğdanın qiymətləri artdıqca, bir çox dövlət taxıl idxalına məhdudiyyətlər və ya qadağalar tətbiq etdi və ərzaq ehtiyatı yığmağa başladı.

Türkiyədə ildə 3 milyon ton makaron istehsal edilir, ötən il ölkə daxilində 700 min ton, xarici bazara isə 1 milyon 200 min ton makaron satılıb. Türkiyə illik 600 milyon dollarlıq ixracatla dünyanın ikinci böyük makaron ixracatçısı sayılır.

Amma kororavirusdan sonra tələbatın artdığını görən şirkətlər daxili bazarı təmin etmək üçün xaricdən gələn sifarişləri 3 ay  müddətinə dayandırıblar.

Hazırda Türkiyədə adambaşına düşən makaron istehlakı ildə 8 kiloqramdır. Bu ildə 650-700 min tondur. Amma indi insanlar evdə saxlamaq üçün də aldıqlarına görə, makaron satışları kəskin artıb. Külahçıoğlu da əhaliyə səslənib ki, yalnız ehtiyac olduğu qədər makaron alınsın.

Virus səbəbindən makaron istehlakı yalnız Türkiyədə deyil, bütün dünyada artıb və makaronun xammalı olan buğda qiymətlərindəki artım və dövlətlərin ixracata gətirdikləri məhdudiyyətlər başlayıb.

Türkiyə, makaron və digər dənli məhsulları üçün buğda və digər dənli məhsulların böyük hissəsini idxal edir. Türkiyənin 2019-daki taxıl idxalı bir əvvəllə müqayisədə 48% artaraq 3,6 milyard dollara yüksəlmişdi.

Artan daxili tələb səbəbiylə ixracat hələlik təxirə salınıb və yerli bazarı təmin etmək üçün hələlik problem yoxdur, əvəzində, buğdanın qiymətinin artması Türkiyə üçün də problem yarada bilər.

"Financial Times" qəzetinin məlumatına görə, ABŞ-ın fyuçers bazarında buğda qiymətləri son bir həftə ərzində 12 faiz kəskin artım müşahidə edib, Fransada bu artım 8 faiz olub.

ABŞ-da un istehsalçılarının artan satınalmalarının və Fransada evdə saxlama üçün bagetlərin artan satın alınmasının buğda qiymətlərinin artmasında rol oynayıb.

İstehlakçı araşdırma şirkəti Kantarın məlumatlarına görə, 8 Mart həftəsində İngiltərədə makaron satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55% artıb.

«Nielsen» şirkətinin analitiki Mike Watkins, istehlakçıların makaron, düyü, çörək və əriştə ilə hücum etdiyini, «Scala» nümayəndəsi Dave Howorth isə bu məhsullarda stoklama və çaxnaşma alışının təsirli olduğunu qeyd edib.

İxracat məhdudiyyəti qərarları

Epidemiya səbəbiylə ölkələr buğda ehtiyatlarını artırmaq üçün hərəkətə keçib, Rusiya və Ukrayna kimi aparıcı buğda istehsalçıları isə ixracı məhdudlaşdırırlar, nəticədə buğda qiymətləri artmaqdadır.

«Rabobank»dan analitik Stefan Vogel də hesab edir ki, Ukrayna və Rusiyanın ixracın məhdudlaşdırılması  buğda qiymətinin artmasının əsas səbəbidir.

Bloomberg, qida saxlama hərəkətlərini artırmaqla yanaşı, dövlətlərin qida ilə bağlı tətbiq etdiyi məhdudiyyət və məhdudiyyətlərə də diqqət çəkdi. Dünyanın qabaqcıl buğda unu ixracatçılarından biri olan Qazaxıstan bu məhsulla birlikdə yerkökü, şəkər və kartof ixracına da qadağa qoyub. Vyetnam düyü ixracı üçün yeni sifarişləri dayandırdı. Serbiya isə günəbaxan yağı ixracına qadağa qoyub.

Digər xəbərlər