Digər

Mənfi duyğularınızdan belə qurtulun – R.A.İ.N. METODU NƏDİR? - FOTO

Mənfi duyğularınızdan belə qurtulun – R.A.İ.N. METODU NƏDİR? - FOTO | FED.az
14:40 8 Noy 2019

FED.az "1lady.az"a istinadən mənfi duyğuları yox etmə,  R.A.İ.N. metodu haqda yazını təqdim edir.

 “Ömrüm, həyata keçməmiş bir çox qorxunc talesizliklərlə dolu idi” – Mark Tvain.

Eləcə də bax: Uğurlu iş qadını olmağın - 5 SİRRİ

Məyusluq, ümidsizlik, qırğınlıq kimi mənfi duyğularımız gün ərzində bizi tez-tez ziyarət edir. Yaşadığımız talehsiz hadisələr, özümüzü güvəndə hiss etmədiyimiz anlar travmalara çevrilərək bədənimizə həbs olur və içimizdəki qışqırıqları heç kəsmirlər.

Bu həyatda bəzi şeyləri edə bilər, bəzilərinə isə qarşı çıxa bilərik. Müəyyən bacarıqlara sahibik, bəzilərinə isə deyilik. Mövcud bəzi yer və insanlara uzaq, müəyyən məkan və yaxınlarımıza isə yaxın durmalıyıq. Həyatımızda bir mərtəbəyə qədər gələ bilərik. Daha irəlisi isə ola bilməz. Buna səbəb isə özümüz və dünya haqqında bir sıra konkret düşüncələrimizin olmasıdır. 

Keçmişdə yaşadığımız hadisələrdən ötrü yaranan zədələr, duyğu və düşüncələrimiz, əks reaksiyalardan meydana gələn “Saxta şəxsiyyət” və bizim eqomuz… Ancaq həqiqətdə olan “biz” bundan daha çox yaxşıdır. Onu görə bilməyimiz və kəşf etməyimiz üçün gözlərimizi daha yaxşı açmalıyıq.

Qorxu, həyat keyfiyyətinə mənfi təsir edən ən böyük təsirdir.

Man Sitting on Top of Cliff on Foggy Mountain

Meditasiya mütəxəssisi, psixoloq Tara Brach, “The Power of Awareness” (Özünə bələd olmanın gücü) proqramında, qorxu ilə yaşamağın həyat keyfiyyətini aşağı saldığından bəhs edib. Bununla yanaşı elm adamları maraqlı təcrübə keçiriblər. Belə ki, siçanları bir qəfəsə qoyaraq onların oyun oynamaqlarını izləyiblər. Bir müddət sonra isə qəfəsə bir pişik tükü qoyublar və siçanlar bu zaman oynamağı dayandırıblar. Bir daha əvvəlki kimi sərbəst və keyifli oyunlar oynamayıblar.

Tara Brach, qorxularımızla üzləşmədiyimiz, duyğuları həzm etmədiyimiz və bunun yerinə onların ətrafından yol hazırlayaraq yaşadığımız müddətdə, qorxunun bizi idarə edəcəyindən və bu qəfəsdəki siçanlardan heç bir fərqimizin qalmayacağını bildirib.

Qorxduğumuz zaman, xüsusi bir sistem hərəkətə keçir (qaç, don və ya müharibə). Bu, limbik sistem adlanır. Köhnə, ancaq bir o qədər də effektli sistemdir.

Woman Rocking Climbing Near Waterfalls

Qorxacağımız, hirslənəcəyimiz və ya normadan artıq reaksiya verəcəyimiz vəziyyətlərdə  tənzimləməyi qoruya bilsək o anda gerçək cavablara daha rahat çata bilərik. Beynimizin tamamilə fəaliyyət göstərə bilməsi üçün bizə mənfi təsir göstərən duyğulardan təmizlənmək və varlığımız haqqında məlumatlanmaq məcburiyyətindəyik.

Bu cür duyğulardan qaçmaq əvəzinə isə R.A.İ.N. metodunu tətbiq etmək mümkündür.

Mənfi duyğularla qarşılaşmazdan öncə özümüzü güvəndə hiss etməyimiz vacibdir. Bunun üçün isə dərin nəfəslər alıb verməli, bizi dəstəkləyən insanları, rahatlıq verən məkanları düşünməliyik

Bəs RAİN metodunun mahiyyəti nədən ibarətdir?

R: (RECOGNİZE)  – OLUB- BİTƏNİN FƏRQİNDƏ OLUN

Silhouette of Man Standing on Mountain during Night

İlk mərhələdə nə ilə sınanılırsınızsa durun, kənara çəkilin və diqqət edin. Hadisələrə sərt reaksiya verməyərək özünüzü analiz edin. Duyğularınıza  ad verin – Məyusluq, narahatçılıq, qorxu kimi. Bu duyğunu vücudunuzun hansı nahiyəsində hiss etdiyinizi anlamağa çalışın. Ağlınızdan keçən düşüncələri mütaliə edin. Bu sistem, həddindən artıq panikaya düşməməyə duyğularınızın içində boğulmamağa kömək edəcək.

A: (ALLOW) – BAŞ VERƏNLƏRƏ İCAZƏ VERİN

Person Standing on Top of Rock

Mənfi duyğular hiss etdiyiniz zaman oradan uzaqlaşmaq istəməyiniz normaldır. Onları ya inkar edər, ya da üzərini örtərsiniz. Özünüzü yaxşı hiss edə bilmədiyiniz üçün də həmin duyğular yenidən qayıdar. Unutmayın, düzgün münasibət qurmaqla, problemlərlə üzləşərək tərəzini doğru tənzimləyə bilərsiniz.

Daxilinizdə hər nə yaşayırsınızsa ona icazə verin, sərt qarşılıq verməyin. Vücudunuzda o duyğunu hiss etdiyiniz yerə əlinizi qoyun və dərin nəfəslər alıb-verin. Duyğunun artdığını fərq edə bilərsiniz və bu sizi narahat edə bilər. Nəfəs alıb-verməyə davam edin. 

I: (INVESTİGATE) – OLUB-BİTƏNLƏRİ ARAŞDIRIN

People Riding Parachutes during Sunset

Duyğuları idarə etmək mərhələlərlə olur. Üçüncü ərəfədə duyğuları yanınıza oturdun, onunla “səmimiyyət” qurun. Duyğunuzun necəliyi, nəyə ehtiyac olduğunu və s deyə düşünərək öz-özünüzlə mütaliə edə bilərsiniz.

N: (NON-İDENTİFİCATİON) – DUYĞU VƏ DÜŞÜNCƏLƏRİNİZİN ŞƏXSİYYƏTİNİZƏ ÇEVRİLMƏSİNƏ İCAZƏ VERMƏYİN

Man Wearing Cap and Crew-neck Shirt Standing in the Middle of Forest

Duyğu və düşüncələrin əsil şəxsiyyətinizin önünə keçməsinə icazə vermədiyiniz təqdirdə sərbəst olarsınız.  Adətən hiss etdiyiniz duyğularla özünüzü tamamlayarsınız: “Çox stresli qadınam” və s kimi. Ancaq yaddan çıxarmaq olmaz ki bu duyğular sizin təcrübələrinizdir, əsliniz deyil.

Digər xəbərlər