Digər

Neft Fondunun direktorunun qardaşları: Nazir müşaviri, Baş prokurorun müavini və SOCAR... FOTO

Neft Fondunun direktorunun qardaşları: Nazir müşaviri, Baş prokurorun müavini və SOCAR... FOTO | FED.az
09:53 2 Dek 2019

Xəbər verdiyimiz kimi, bu günlərdə prezident İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fonduna yeni icraçı direktor təyin edib. 

FED.az Unikal.org-a istinadən məlumat verir ki,  Məmmədovlar ailəsinin üzvlərinin yüksək vəzifələrdə çalışması heç də İsrafil Məmmədovla yekunlaşmır.

Eləcə də bax: İlham Əliyev İsrafil Məmmədovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar - QƏBUL EDİB - TAM MƏTN

Belə ki, İ.Məmmədovun qardaşlarından biri Ukraynanın Baş prokurorunun müavini olan Gündüz Məmmədovdur.

Kiçik qardaşları Elçin Məmmədov isə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” şirkətinin baş direktorudur.

Başqa bir qardaşı isə Maliyyə naziri Samir Şərifovun müşaviri vəzifəsində çalışan Adil Məmmədovdur.

 

Digər xəbərlər

Banner