Banner

Digər

Ozon qatı normallaşmağa başlayır. Bizim saç üslubumuz da həmçinin.

Ozon qatı normallaşmağa başlayır. Bizim saç üslubumuz da həmçinin. | FED.az
12:33 10 Avq 2016
Donald Tramp köhnə saç spreyinin bərpa olunmasını və ondan istifadə etmək istəyir. Prezidentliyə namizəd olan Tramp düşünür ki, onun saç spreyi əvvəlki spreyindən fərqlənir və dəyişmişdir. Buna səbəb isə istehsalçıların tədricən Yer kürəsinin qoruyucu ozon qatının bərpasına kömək etməkdən ötrü CFC əsaslı yanacağın istifadəsini azaltmağa başlaması idi. O, həmçinin zənn edir ki, belə kimyəvi vasitələrin onun evinin içində istifadə edilməsi ozon qatına heç bir zərər vura bilməz.

Halbuki hər iki iddiasında o, səhvdir. Birincisi, yeni saç spreyləri də eynən köhnələri kimi çalışır. İkincisi, CFC (xlor-ftor-karbohidratlar) istifadə olunduqları mənbələrdən yüksək atmosfer qatlarınadək tozlanmış və oraya çatmışlar.

Sadəcə bir dəqiqəliyinə düşünün: 1980-ci illərin saç spreyi Tramp tərəfindən istifadə edilərsə bu, onsuz da CFC-nin tədricən azaldılmadığı mühitə və dünyaya necə təsir edə bilər?
“Kolumbiya dairəsi, Vaşinqtona bənzər orta enlikdə yerləşən şəhərlərə düşən ultrabənövşəyi radiasiya o qədər güclüdür ki, 5 dəqiqə ərzində günəş partlayışı yarada bilər. DNK-sı dəyişən ultrabənövşəyi radiasiya isə 650%-dəkdir və onun bitki və heyvanlara, eləcə də insanlara mənfi təsirləri ola bilər, insan dərisində dəri xərçəngini yarada bilər.”

Bu nəticələr NASA-nın 2065-ci ildə yer kürəsində həyat adı altında apardığı simulyasiyadan alınmışdır. Əgər 193 ölkə sprey (aerozol) qablarında yerləşən soyuducu agentlər və yanacaq qismində geniş istifadə edilən texniki baxımdan xlor-ftor-karbohidratlar kimi tanınan CFC tipli ozondağıdıcı maddələrin qadağan edilməsinə razı olmasaydılar, onda NASAnın keçirdiyi simulyasiya reallaşacaqdı.

1987-ci ilin Montreal Protokoluna əsasən həmin kimyəvi maddələrin tədrici azaldılmasına başlanmışdı (alimlər atmosferdə ultrabənövşəyi təsirlərdən nazik ozon qatını qoruyan qatın illər bundan əvvəl dağıldığını öyrəndikdə). İndi demək olar ki, həmin hadisədən 30 il keçdikdən sonra alimlər ozon qatının nəhayət tədricən normallaşmağa və bərpa olunmağa başladığını deyirlər.

Böyük Britaniyanın Leeds Universiteti, MİT-dəki tədqiqatçılar və Science jurnalı üçün yazan Atmosfer Araşdırmaları üzrə ABŞ Milli Mərkəzindəki tədqiqatçılar aşkar etmişlər ki, hər sentyabr Antarktika ozon qatının illik orta ölçüsü 2000-ci ildən bəri 1.7 milyon kv.mildən çox daralmışdır və təxminən 2050-ci ildən sonra tamamilə düzəlməlidir.

Bu isə yer kürəsində yaşayan hər bir canlı üçün gözəl xəbərdir. Bu xəbər bir daha sübut edir ki, təbiət, o cümlədən ozon qatı ilə bağlı qlobal problemlərin çıxış və həlli yolları vardır; onların həlli heç də həmişə imkansız xarakter daşımır.

Mənbə: www.pri.org

Digər xəbərlər

Banner