Banner

Digər

Putindən “dost olmayan ölkələr”lə bağlı - Qərar - İş Müqavilələri Ləğv Ediləcək

Putindən “dost olmayan ölkələr”lə bağlı - Qərar - İş Müqavilələri Ləğv Ediləcək | FED.az
09:39 24 Aprel 2021

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin düşmənçilik davranışlarına qarşı cavab məqsədilə tədbirlərlə bağlı qərar imzalayıb.

Eləcə də bax: ABŞ Rusiyaya qarşı sanksiya - Tətbiq Edib

FED.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə Kreml yazılı açıqlama yayıb.

Bildirilib ki, bununla Rusiyanın maraqları və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər görülməsi qərara alınıb.

Rusiyaya, vətəndaşlarına və şirkətlərinə qarşı dostca olmayan tədbirlər görən ölkələrin diplomatik missiyalarının Rusiya torpaqlarında olan şəxslərlə iş müqavilələri imzalaması imkanları məhdudlaşdırılacaq.

İş müqaviləsi imzalanacaq şəxs sayı Rusiya hökuməti tərəfindən müəyyənləşdiriləcək.

Sözügedən qərar qüvvəyə minmədən öncə imzalanan və Rusiya hökumətinin müəyyənləşdirdiyi saydan çox olan iş müqavilələri ləğv ediləcək.

Rusiya hökuməti qarşılıq tədbirlərin görüləcəyi düşmən xarici ölkələrin siyahısını hazırlayacaq.

Banner
Banner

Digər xəbərlər