Banner

Digər

"AzerGold"un yubiley tədbirində görkəmli alim Tofiq Həsənov ehtiramla yad edilib

"AzerGold"un yubiley tədbirində görkəmli alim Tofiq Həsənov ehtiramla yad edilib | FED.az
21:27 5 İyul 2021

Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.

FED.az xəbər verir ki, Cəmiyyətin fəaliyyətə başlamasının beşinci ildönümünə təsadüf edən görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib. Tədbirdə iştirak edən və Cəmiyyətin “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfi, eləcə də tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar - Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərlərinə minnətdarlıq ifadə olunub, həmçinin bu və digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb. Bu xüsusda görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib.

Zakir İbrahimov Böyük Qafqazın cənub yamacında “Filizçay” polimetal yatağının plinsbax yaşlı olmasını müəyyən edən Tofiq Həsənovun geologiya elminə böyük töhfələr verdiyini qeyd edib. İdarə Heyətinin sədri “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsili tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Banner
Banner

Digər xəbərlər

Banner