Banner

Digər

Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanıb və icrasına - Başlanılıb

Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanıb və icrasına - Başlanılıb | FED.az
12:30 23 İyun 2021

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də, qurumun sədr müavini Zakir Quliyevin rəhbərliyi, aidiyyəti şöbə müdirlərinin və mütəxəssislərinin iştirakı ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

Eləcə də bax: Azərbaycanda su itkisinin həcmi - Açıqlanıb

FED.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, konfransda Araz çayı üzərində yerləşən Mil-Muğan hidroqovşağından götürülən sularla əkin sahələri suvarma suyu ilə təmin edilən rayonların istismar idarələrinin rəhbər işçiləri ilə su bölgüsü ilə bağlı müzakirələr aparılıb.

Z.Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələri, nasos stansiyaları və subartezian quyularında təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanıb.

Banner
Banner

Digər xəbərlər