Digər

Tramp ABŞ-a immiqrasiyanı - İKİ AY MÜDDƏTİNƏ DAYANDIRDI

Tramp ABŞ-a immiqrasiyanı - İKİ AY MÜDDƏTİNƏ DAYANDIRDI | FED.az
07:54 23 Aprel 2020

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzalayıb.

FED.az xəbər verir ki, bu barədə Ağ Ev lideri keçirdiyi brifinqdə deyib.

Fərmana görə, istisna yalnız koronavirusla mübarizədə köməyinə ehtiyac duyulan tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aiddir.

Qeyd edək ki, immiqrasiyanın dayandırılması üzrə tədbirlər qarşıdakı 60 gün ərzində qüvvədə olacaq, sonra administrasiya bu məsələyə yenidən baxacaq. Ölkədə koronavirusun yayılması ilə əlaqədar, 22 milyondan çox amerikalı işini itirib.

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 839 minə çatıb. Birləşmiş Ştatlarda 46 079 nəfərpandemiyanın qurbanı olub. 

Report

Digər xəbərlər