Digər

Tramp: İrana girmək - DÜNYANIN ƏN ASAN İŞİDİR

Tramp: İrana girmək - DÜNYANIN ƏN ASAN İŞİDİR | FED.az
11:24 21 Sen 2019

Bu gün İrana girmirəmsə, böyük təmkin göstərirəm.

FED.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donal Tramp Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında bildirib.

Eləcə də bax: Tramp İrana sanksiya qoyub, müharibə siqnalı verdi

Tramp İrana qarşı sanksiyaların işə yarayacağına inanaraq, “İrana girmək dünyanın ən asan işidir. Bu gün orada deyiləmsə, böyük təmkin göstərmiş oluram” deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir gərginlik davam edir. ABŞ-ın Səudiyyə Ərəbistanının “Aramco” neft kompleksinə edilən hücumlarına İranı səbəb göstərməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Oxu

Digər xəbərlər