Digər

Türkiyə ordusu - 33 ŞƏHİD VERDİ

Türkiyə ordusu - 33 ŞƏHİD VERDİ | FED.az
08:25 28 Fev 2020

Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.

Eləcə də bax: Türkiyə ordusu 22 şəhid verdi - Yenilənib

FED.az xəbər verir ki, hücum nəticəsində Türkiyənin 9 əsgəri şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan açıqlama yayıb.

Onun sözlərinə görə, xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər: 

"Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. İctimaiyyəti məlumatlandırmağa davam edəcəyik.

Xəstəxanalarda bütün tədbirlər görülüb, tibbi heyətin hamısı iş başındadır. İnsanların xəstəxanaların ətrafına toplaşmamasını xahiş edirəm”.

Qafqazinfo

Digər xəbərlər